XİN rəhbərlərinin görüş vaxtı və yeri açıqlandı

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş fevralın 28-29-u Almaniyanın paytaxtı Berlində keçiriləcək.

 

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.

 

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacağını bildirib.

 

 

Gununsesi.info