Konqoda toydan qayıdan şəxslər qəzaya düşüb

  • By ilhame
  • 11 Mart 2024 22:31

Konqo Demokratik Respublikasının cənub-şərqində toy mərasimindən qayıdan şəxslər qəzaya düşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Actualite” xəbər portalı məlumat yayıb.

 

Haut-Katanqa əyalətində baş verən qəzada mikroavtobus və yük maşını toqquşub.

 

Qəzada 18 nəfər həlak olub, altı nəfər yaralanıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, yük maşınının sürücüsü magistral yolda sürət həddini aşıb.

Gununsesi.info