Bankda zaminliyə hansı hallarda xitam verilir?

Zamin müqaviləni imzaladıqdan sonra da müəyyən hüquqlara malikdir.

Belə ki, zamin borcalan krediti ödəmədiyi halda, kreditin ödənilməli hissəsi haqqında tam ətraflı məlumat ala bilər. Bu artıq onun da öhdəliyi olduğundan istənilən məlumatı tələb etmək hüququ var.

Öhdəliklər zamin tərəfindən ödəndikdə isə onun ödənilmiş məbləği sonradan borcalandan tələb etmək hüququ da var. Zaminliyə aşağıdakı hallarda xitam verilir:

Əgər borcalan dəyişmişsə və ya zamin yeni borcalan üçün cavabdeh olmaq barəsində kredit verənə razılıq verməmişsə bu öhdəlikdən imtina etmək hüququ var.

Eyni zamanda, zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə müqavilə üzrə məsuliyyətin artırılmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda da zamin öhdəlikdən imtina edə bilər.

 

Rəşad Vaqifoğlu

Vəkil

Gununsesi.info