Rus ordusu fosforlu silahdan istifadə etdi

  • By admin
  • 26 Mart 2022 21:49

Bu gün Avdeyevkada Rusiya fosforlu sursatdan istifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

“Təəssüf ki, digər şəhərlərdə də atəşlər davam edir, demək olar ki, gecə-gündüz atəş açılır. Artıq fosforlu sursatdan da istifadə edilir. Luqansk vilayətində istifadə olunub və indi, təəssüf ki, bu, demarkasiya xətti boyunca digər şəhərlərdə artıq istifadə olunur”, – Kirilenko bildirib.

Gununsesi.info