Bayden bir daha Putin barədə qeyri-diplomatik ifadə işlətdi

  • By admin
  • 26 Mart 2022 20:36

ABŞ Prezidenti Co Bayden növbəti dəfə Rusiya lideri Vladimir Putin haqqında qeyri-diplomatik ifadə işlədib.

Gununsesi.info  xəbər verir ki, bu barədə onun çıxışının video çarxını CNN yayımlayıb.Polşa və Ukrayna sərhəddində ukraynalı qaçqın düşərgəsini ziyarət edərkən jurnalistlərdən biri Baydendən qonşu ölkədə baş verən hadisələr kontekstində Putin haqqında nə düşündüyünü soruşub.

“O, qəssabdır, mən belə düşünürəm”, – deyə Bayden qısa cavab verib.

Gununsesi.info