Ruhani ABŞ-a meydan oxudu: “Məsuliyyəti Tramp və Pompeo daşıyır”

  • By arzu
  • 30 Dekabr 2020 13:14

2020-ci il dünyanın bütün ölkələri üçün çətin bir il oldu.

 

Gununsesi.org xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bu gün səhər Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

“Bu ilin əvvəlindən və hətta 2019-cu ilin sonundan etibarən bir əsrdə bənzərsiz bir virusla üzləşdik. Dünyanın bütün ölkələrinin iqtisadiyyat, təhsil, mədəniyyət və səhiyyə baxımından böyük problemləri var. Özümüzü bu problemdən uzaqlaşdırmaq üçün səylər göstərilməlidir”. – deyə H. Ruhani qeyd edib.

 

O, bu ilin əvvəlində general Qasım Süleymaninin qətlə yetirildiyini xatırladaraq bu cinayətə görə məsuliyyəti ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeonun daşıdığını vurğulayıb.  

Gununsesi.org