
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Moskva şəhərində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanla görüşüb.
Gununsesi.org məlumat verir ki, “Sputnik Armenia”nın verdiyi xəbərə görə, görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun təşəbbüsü əsasında baş tutub.
Bildirilib ki, görüşdə bir sıra təcili məsələlər, o cümlədən əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin axtarışı müzakirə olunub.
Qeyd olunub ki, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq barədə razılığa gəliblər.