
Deputatlar bu gün keçirilən iclasda çıxışların reqlamentinin 5 dəqiqə olmasını təklif ediblər.
Gununsesi.org-un məlumatına görə, parlamentin sədri Sahibə Qafarova isə bu təklifi qəbul etməyib.
Sədr bildirib ki, dünən burda olan deputatların hamısı koronavirus testindən keçib: “Burada yoluxan deputat yoxdur. Dünən hamısı test verib. Kim karantinə, koronavirusa görə narahatdırsa, bunu nəzərə alsın. Reqlament 10 dəqiqə olacaq. Bu, sıradan iclas deyil”.