Ronaldolu Portuqaliya Almaniyaya uduzdu

  • By admin
  • 19 İyun 2021 22:02

Futbol üzrə Avropa çempionatının F qrupunda II turun növbəti oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, günün maraqla gözlənilən matçında son çempion Portuqaliya Almaniya ilə üz-üzə gəlib.

Münhendəki eyniadlı stadionda keçirilmiş qarşılaşma Bundestimin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 15-ci dəqiqədə açılıb. Kriştiano Ronaldo Portuqaliyanı önə keçirib. 35-ci və 39-cu dəqiqələrdə onun komanda yoldaşları Ruben Diaşla, Rafael Gerreyru avtoqol müəllifi olub. İlk hissə Almaniyanın 2:1 hesablı üstünlüyü ilə bitib.

 

51-ci dəqiqədə Kay Haverts, 60-cı dəqiqədə isə Robin Qosens fərqi daha da artırıb. 7 dəqiqə sonra Diequ Jota Portuqaliyanın ikinci qoluna imza atıb.

Bu nəticədən sonra F qrupuna 4 xalla Fransa başçılıq edir. Almaniya və Portuqaliya 3 xalla 2-3-cü yerləri bölüşdürür. Macarıstan isə 1 xalla sonuncudur.

Gununsesi.info