
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında növbəti qol vurulub.
Gununsesi.info xəbər verir ki, Cerdan Şakiri 26-cı dəqiqədə komandasının üstünlüyünü 2 topa çatdırıb.
xxx
20:06
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında hesab açılıb.
Gununsesi.info xəbər verir ki, 6-cı dəqiqədə fərqlənən Haris Seferoviç isveçrəliləri önə keçirib.
xxx
20:00
Futbol üzrə İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçı start götürüb.
Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.
Oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
Qeyd edək ki, ilk iki turdan sonra xalı olmayan “ay-ulduzlular” sonuncu sırada qərarlaşıb. İsveçrə seçməsi isə 1 xalla üçüncüdür.
xxx
19:13
İsveçrə və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.
Gununsesi.info xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar…
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 23. Cerdan Şakiri
Ehtiyat oyunçular: 12. İvon Mvoqo, 21. Yonas Omlin, 2. Kevin Mbabu, 13. Loris Benito, 6. Denis Zakariya, 11. Ruben Varqas, 15. Cibril Sou, 16. Kristian Fassnaxt, 17. Loris Benito, 18. Admir Mehmedi, 19. Mario Qavranoviç, 22. Fabian Şer, 25. Eray Cömert
Baş məşqçi: Vladimir Petkoviç
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür
Ehtiyat oyunçular: 1. Mert Günok, 12. Altay Bayındır, 5. Okay Yokuşlu, 8. Dorukhan Toköz, 9. Kenan Karaman, 11. yusuf Yazıcı, 14. Taylan Antalyalı, 15. Ozan Kabak, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 26. Halil Dervişoğlu
Baş məşqçi: Şenol Güneş
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.
xxx
03:43
Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu keçiriləcək.
Gununsesi.info xəbər verir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılacaq.
Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.
Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.
AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.
Gununsesi.info