
Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu keçmək istəyən Amil Nəbiyevi vurub. Dərhal piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır .
Gununsesi.info