ABŞ-da koronavirusa yoluxma hallarının sayı 20 milyonu keçə bilər.
Gununsesi.org bildirir ki, “The Washington Post”un məlumatına görə, bunu ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika üzrə federal mərkəzinin rəhbəri Robert Redfild deyib.
O bildirib ki, hazırda ölkədə rəsmi olaraq 2,3 milyon nəfərdə COVID-19 aşkar edilib, əslində isə rəqəmlər 10 dəfə çox ola bilər.
“Dəqiq hesablamalarımıza görə, hazırda qeydə alınan hər hadisədən savayı, daha on hal var”, – deyə R.Redfild bildirib.
O vurğulayıb ki, bu qənaətə anticisimlərin müəyyən edilməsi üçün qan analizlərindən sonra gəlinib. Mərkəz rəhbərinin sözlərinə görə, hər təsdiqlənmiş koronavirusa yoluxma halına qarşılıq 10 nəfərdə anticisim mövcuddur.
Gununsesi.org
COMMENTS