Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.
Gununsesi.org bildirir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib.
Kirayənişin, 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın yaşadığı mənzildən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və iki ədəd ümumi dəyəri 600 manat olan mobil telefonları oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS