“COVID-19 xəstələrini qəbul edəcək xəstəxanalarda iş yükü nəzərə çarpacaq dərəcədə artıb. Bu, Ukraynanın xəstəliyin ciddi dalğasına daxil olduğunu göstərir”.
Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal deyib.
O, axşam saatlarında rəsmi “Telegram” kanalında qeyd edib ki, ikinci dalğanın koronavirus xəstələrini qəbul etmək üçün xəstəxanalar hazırlanır:
“Bu gün ölkədə anti-rekord qeydə alınıb – minə yaxın yoluxma halı var”.
Ukraynalı nazir əlavə edib ki, COVID-19 xəstələrinin sayının artmasının əsas səbəbi karantin məhdudiyyətlərinə əməl olunmamasıdır.
Qeyd edək ki, Ukraynada ötən sutka ərzində 1 109 nəfərdə koronavirus aşkar edilib, 19 xəstə ölüb. Ümumilikdə, ölkədə koronavirusa yoluxan 41 117 nəfərdən 1 086-sı ölüb, 18 299-u isə sağalıb.
Gununsesi.org
COMMENTS