
Çeçenistan Prezidenti Ramzan Kadırovun oğlu yenidən medianın gündəminə gəlib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Adam Kadırov “Quran”a hücum gerçəkləşdirdiyi iddia edilən adamı təpik-şillənin altına salıb.
Prosesdən öncə məhkəmə zalında yaşanan olay diqqətləri özünə çəkib.
Çeçenistan lideri Ramzan Kadırov oğlunun “Quran”ı yandırdığı deyilən insana davranışı ilə bağlı belə deyib:
“Hansısa bir müqəddəs yazıya zərər verən hər kəsin ağır şəkildə cəzalandırılmasının gərəkli olduğuna inanıram. Adamın davranışından qürur duyuram”.
Tərcümə: Arzu