ABŞ Rusiyanın bir sıra neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi

  • By resul
  • 15 Sentyabr 2023 09:26
abş maliyyə nazirliyi

Amerika Birləşmiş Ştatları daha bir Rusiya neft xidməti şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) bəyanatında deyilir.

Neft-qaz infrastrukturunun tikintisi üzrə ən iri podratçılardan biri olan “Velesstroy” MMC-yə məhdudiyyətlər qoyulub.

Bundan əlavə, SDN-Siyahıya “Stroygazconsulting”in aktivləri əsasında yaradılmış “Qazprom”un əsas tikinti podratçısı olan “Qazstroyprom” ASC daxildir.

Sanksiyalar həmçinin neft-qaz sənayesi üçün perforasiya sistemləri və kimyəvi reagentlər istehsalçısı olan Ufada yerləşən “BashVzryvTekhnologii” ASC-yə qarşı tətbiq edilib.

Sanksiya siyahısına qaz konserninin geoloji kəşfiyyat işlərinin operatoru olan “Qazprom Nedra” MMC də daxildir.

Arzu
Gununsesi.info