Rəşad Sadıqovun üç köməkçisi və dörd yeni futbolçusu bilindi- FOTOLAR

Rəşad Sadıqovun üç köməkçisi və dörd yeni futbolçusu bilindi

“Zirə” PFK-nın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adına aydınlıq gəlib.

Gununsesi.org xəbər verir ki, bundan sonra makedoniyalı Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Bundan başqa, komanda yeni futbolçularla müqavilə bağlayıb. Qəsəbə komandası Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalayıb.

Gununsesi.org

COMMENTS