Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 min nəfəri ötdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 min nəfəri ötdü

Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib.

Gununsesi.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edilir ki, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 554 nəfər dünyasını dəyişib. Bununla yanaşı, daha 8 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Məlumata görə, son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ümumilikdə isə 627 881 test aparılıb.

 

 

Gununsesi.org

COMMENTS