Ermənistanda son sutka ərzində daha 415 nəfərdə koronavirus aşkarlanıb, 10 nəfər vəfat edib.
Gununsesi.org bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 34 877-yə, virus qurbanlarının sayı isə 641-ə yüksəlib.
Bundan əlavə, indiyədək 23 294 nəfər sağalıb. Ölkədə 10 942 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 10-nun vəziyyəti ağır qiymətləndirilir.
Gununsesi.org
COMMENTS