İngiltərənin uşaq geyim məhsulları şəbəkəsi “Mothercare” firması iflas edir.
Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə firmanın rəsmi açıqlamasında deyilib.
Verilən informasiyada “Mothercare”nin Böyük Britaniyada 79 mağazasında gəlirlərinin olduqca düşdüyü göstərilib.
Şirkətin qapadılması halında ölkədə 2 min 500 şəxsin işdən çıxarılacağı gözlənilir.
Britaniya mətbuatı “Mothercare”nin təkcə bu ilin mart ayına qədər 36,3 milyon funt zərər etdiyini yazmışdı.
Bununla bağlı şirkət hətta onun brendinə sahib çıxacaq alıcı tapa bilmir.
Ümumiyyətlə, ekspertlər “Breksit”dən sonra Böyük Britaniyada iqtisadi durumun olduqca pisləşdiyini qeyd edirlər. Buna görə son dövrlərdə iqtisadi risklər artıb və istehlak tələbatında mənfi dəyişikliklər müşahidə olunur.
Hazırda ölkənin böyük pərakəndə şəbəkələri mağazalarını bağlayır, işçilərini çıxarır və iflas üçün dövlət orqanlarına baş vururlar.
Belə ki, Böyük Britaniyanın “Toys R Us” uşaq oyuncaqları şirkəti, elektronik pərakəndə zənciri “Maplin”, məşhur ingilis aşpazı, “youtube”da da populyar olan Ceymi Oliverin 25 restoranlıq şəbəkəsi müflis olduqlarını elan ediblər.
Gununsesi.org
COMMENTS