Gürcüstanda erməni deputatın oğlu ilə bağlı cinayət işi başlanılıb

Gürcüstanda erməni deputatın oğlu ilə bağlı cinayət işi başlanılıb

Gürcüstan parlamentinin erməni deputatı Enzel Mkoyanın oğlunun iştirak etdiyi insidentlə bağlı istintaq başlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Parlament üzvünün oğlunun iştirak etdiyi insident noyabrın 2-də Axalkalakidə qeydə alınıb. Yayılan məlumatlara əsasən, Davit Mkoyan dörd nəfərlə birgə bir gənci döyüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin odlu silah və yaxud silah qismində istifadə olunan əşyaların tətbiqi ilə xuliqanlıq etmə maddəsi üzrə aparılır.

 

Gununsesi.org

COMMENTS