Rusiyada son sutka ərzində 11 231 koronavirusa yoluxma faktının aşkarlanması ilə ölkədə yoluxanların ümumi sayı 177 160-a çatıb. Bununla da RF virusa yoluxan ölkələrin statistikasında ilk dəfə beşinci yerdə qərarlaşıb.
Gununsesi.org-un xəbərinə görə, yeni yoluxmalar 84 regionda, xüsusilə Moskvada (6703 yoluxma) qeydə alınıb.
Bu günə qədər ölkədə 1625 nəfər COVID-19-dan vəfat edib. 23 803 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, dünyada 3 833 547 nəfər koronavirusa yoluxub. 265 210 nəfər xəstəlik səbəbindən həyatını itirib. 1 306 345 nəfər isə sağalıb.
Gununsesi.org
COMMENTS