Qızılın qiyməti REKORD QIRDI

  • By Ayshan
  • 18 Dekabr 2025 21:49

Qızılın qiyməti yenidən rekord həddə çataraq 1 troya unsiyası üçün 4400 dolları keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Comex” məlumat yayıb.

Bildirilib ki, qiymətli metalın qiyməti 18 dekabr axşamı 0,92% artaraq troya unsiyası üçün 4401,9 dollara çatıb. Bakı vaxtı ilə saat 20:18-də qızılın qiyməti unsiyası üçün 4407,5 dollara qədər sürətlə artıb.

Oktyabrın əvvəlində “Nyu-York” Ticarət Birjasında qızılın qiyməti tarixdə ilk dəfə olaraq troya unsiyası üçün 4000 dolları keçib. Oktyabrın 15-də isə dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti yenidən yüksələrək troya unsiyası üçün 4200 dollarlıq (31 qram) rekord həddini keçib.

Gununsesi.info