Mask orbitdə neçə peyki olduğunu açıqladı

Hazırda Yer orbitində doqquz mindən çox “SpaceX” peyki var.

Gununsesi.info xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask özünün X səhifəsində yazıb.

“Hazırda “SpaceX”in Yer orbitində 9000-dən çox peyki var ki, bu da dünyadakı bütün digər peyklərin ümumi sayından iki dəfə çoxdur”, – o bildirib.

Gununsesi.info