
Nigeriyada toqquşma olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, silahlı qruplaşma üzvlərinə qarşı keçirilən əməliyyat zamanı 4 adam öldürülüb, 26 nəfər isə yaralanıb.
Əməliyyatlar zamanı çoxlu sayda nağd pul, silah-sursat ələ keçirilib.
Silahlı qruplaşma üzvlərinə qarşı əməliyyatlar Nigeriyanın Kaduna və Laqos bölgələrində gerçəkləşdirilib.
Əməliyyatlar zamanı çoxlu sayda qruplaşma üzvü yaralanaraq qaçıb.
Bir neçə sığınacaq və mağara darmadağın edilib.
Laqos Bölgə Polisinin məsul katibi Bencamin Hundey əyalətdə keçirilən əməliyyatlar zamanı 13 nəfərin polis nəzarəti altına alındığını təsdiq edib.
Tərcümə: Arzu