Bakıda yataqxanada yanğın olub.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub.











