Zabil Qəhrəmanovun işi DİN-ə verildi

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən həbs edilən tanınmış vəkil Zabil Qəhrəmanovdan xəbər var.

Yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə, Zabil Qəhrəmanovun cinayət işi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

Qeyd edək ki, Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunaraq həbs edilib.

Zabil Qəhrəmanovun özü və vəkilləri hadisənin Göygöl rayonu ərazisində baş verməsinə baxmayaraq onun Gəncə Polisi tərəfindən tutulmasına etiraz edib.

Sonradan Qəhrəmanova qarşı dələduzluq ittihamı da verilib.
Vəkilin özü ittihamları rədd edir, həbsini vəkillik fəaliyyəti ilə əlaqələndirir.

Firuzə Mahmudova
Gununsesi.info