
Serbiyada insanlar növbədənkənar yerli və ümumi seçkilər üçün məntəqələrə gediblər. Qeyri-rəsmi nəticələrə görə, prezident Aleksender Vuçiçin rəhbərlik etdiyi hakim Serbiya Tərəqqi Partiyası səsvermədə birinci olub.
Gununsesi.info xəbər verir ki, ölkədəki təxminən 6,5 milyon seçicinin 60 faizi səsvermədə iştirak edib. Bu səslərin təxminən 47 faizini Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası qazanıb. Müxalifət partiyalarından ibarət Serbiya Zorakılığa Qarşı koalisiyası 23 faiz səslə ikinci olub.
Serbiya prezidenti Aleksandar Vucic bu səhər səsvermənin ardından verdiyi açıqlamada seçkilərdə güclü qələbə gözlədiyini açıqlayıb. “Güclü qələbə ilə mən “Serbiya Dayanmalıdır” seçki alyansının parlamentdə mütləq çoxluğa çatdığını və ya yaxınlaşdığını nəzərdə tuturam. Hesab edirəm ki, bu, Serbiyanın firavanlıq və uğur yolunda davam etməsi üçün vacib şərtdir”, – o deyib.
Serbiya prezidenti Aleksender Vuçiç rəhbərlik etdiyi koalisiyanın 250 yerlik parlamentdə çoxluğu qazandığını açıqlayıb. May ayında Serbiyada ardıcıl silahlı hücumlarda 18 nəfər həyatını itirdi və prezident Aleksandr Vuçiç müxalifətin çağırışı ilə növbədənkənar seçkilər keçirmək qərarına gəlib.
Gununsesi.info