Qızıl bahalaşdı

  • By Ayshan
  • 26 Dekabr 2025 09:30

Qızıl və gümüş qiymətləri yenidən rekord həddə yüksəlib.

Gununsesi.info xəbər verir ki, artıma geosiyasi gərginliklər və ABŞ dollarının zəifləməsi fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi səbəb olub.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.77% artaraq 45138 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 4.36% artaraq 74.81 ABŞ dolları təşkil edib.

Gununsesi.info