“Plan Putin üçün qəbulolunmaz görünür” -SİYASİ ŞƏRHÇİ

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün yeni sülh planını təqdim edib.

Plana əsasən, Ukrayna Silahlı Qüvvələri sülh dövründə 800 min nəfərlik olacaq, Rusiya Avropaya və Ukraynaya qarşı təcavüz etməmək siyasətini qanunvericilikdə təsbit edəcək və Ukrayna konkret tarixlə Avropa İttifaqına üzv olacaq.

Gununsesi.info-ya danışan siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Zelenskinin açıqladığı 20 maddəlik sülh planı, Donbasdan çıxmaq bəndi xaricində, ümumən məqbul görünür.

Onun sözlərinə görə, əvvəlki 28 maddəlik bədnam ilkin variantın bu şəkildə dəyişdirilməsi Ukrayna diplomatiyasının, xüsusilə Avropa ilə birlikdə, uğuru kimi qiymətləndirilə bilər.

Ş.Cəfərli əlavə edib ki, plan Putin üçün qəbulolunmaz görünür, çünki faktiki olaraq onun heç bir məqsədinə çatmır. Əgər Moskva planı qəbul etmək məcburiyyətində qalsa, bu halda Trampa təşəkkür düşür.

Şəbnəm

Gununsesi.info