Qızıl Ayparanın yaxınlığındakı ərazi bombalandı – Çoxlu sayda itki var

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsində Fələstin Qızıl Aypara Cəmiyyətinin ofisinin yaxınlığındakı əraziyə endirdiyi zərbə çoxlu sayda itki ilə nəticələnib.

Gununsesi.info-nun məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyəti sosial mediada yazır ki, 14 min fələstinlinin sığındığı Qızıl Aypara ofisi və Əl-Əmal xəstəxanası yaxınlığındakı ərazi İsrail təyyarələri tərəfindən bombalanıb.

Hava hücumu nəticəsində qapılar zədələnib, pəncərələr sınıb. Hücum ofisdəki minlərlə insanda böyük panikaya səbəb olub.

Qeyd olunur ki, İsrailin bombardmanından sonra çoxlu ölü və yaralı Əl-Əmal xəstəxanasına aparılıb.

Gununsesi.info