Fransa Ermənistana əlliyə yaxın zirehli maşın göndərəcək

Paris İrəvana ümumilikdə əlliyə yaxın zirehli maşın verməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.

“Hər bir ölkə öz suverenliyi və yurisdiksiyası çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində imkanları inkişaf etdirmək üçün digər dövlətlərlə əməkdaşlıq edə bilər”, – Ermənistan XİN-dən bildiriblər.

Məlum olduğu kimi, Fransa yenə Ermənistana “Arquus” şirkəti tərəfindən istehsal olunan 50 ədəd “Bastion” zirehli maşın göndərəcək. Qeyd edək ki, bu texnika əvvəl Ukraynaya təklif olunmuşdu, onlar da bundan imtina etmişdi. Bundan əlavə, “Bastion” zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. Görünür, Fransa bu texnikadan qurtulmağın yollarını axtarır.

Ermənistanı asılı vəziyyətə salmağa çalışan Fransa İrəvanın aqressiv ritorikasını, revanişizmini dəstəkləyir, erməni ordusunun sürətlə silahlandırmaq istəyir və bununla da Cənubi Qafqazda Fransanın əsas rol oynamadığı layihələrin reallaşmasına imkan verməməyə çalışır.

Bu silahları Ermənistana ötürən Fransa birmənalı olaraq Cənubi Qafqazda dayanıqlı sülhü və stabilliyi istəmir. Görünür, Parisin istəyi regionu bitməz münaqişə məkanına çevirməkdir. Paris regionda söz sahibi olmaq uğrunda hər bir variantı yoxlayır. Amma bu dəfə də planının uğursuz olacağına şübhə yoxdur.

Gununsesi.info