Cəlilabadda mikroavtobus avtomobillə toqquşub – YARALILAR VAR +FOTO

  • By admin
  • 09 May 2021 14:32

Cəlilabadda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki,  rayonun Uzuntəpə kəndi ərazisində Niyaməddin Xubalıyevin idarə etdiyi “Vaz 2107” markalı avtomobili hərəkətdə olarkən əks-istiqamətdə hərəkət edən, Heydərov Şəmşir Yusif oğluna məxsus mikroavtobusla toqquşub.

Qəza nəticəsində Vaz 2107 markalı avtomobilin sürücüsü və avtomobildə olan 2 sərnişin ağır bədən xəsarətləri alaraq Cəlilabad MRX-a çatdırılb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə “Vaz 2107” markalı avtomobilin sürücüsünün döngədə sürət həddini düzgün seçməməsi səbəbindən baş verib.

Faktla bağlı rayon Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info