
Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Eritreanın Assab şəhərindən təxminən 57 dəniz mili şimalında yerləşən Qırmızı dənizdə “insident”lə bağlı xəbərdarlıq edib.
Gununsesi.info-nun xəbərinə görə, UKMTO açıqlamasında bildirib ki, Assab şəhərindən təqribən 57 dəniz mili şimalda bir “hadisə” qeydə alınıb.
Xəbərdə səlahiyyətlilərin insidentlə bağlı araşdırma apardığı bildirilsə də, hər hansı təfərrüat verilməyib.
Ərazidəki gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə təşkilata məlumat vermələri tövsiyə olunur.
Gununsesi.info