Qazaxıstan hüquq-mühafizə orqanları ölkənin cənubundakı iğtişaşlardan sonra 90-a yaxın cinayət işini araşdırır.
Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Daxili İşlər nazirinin müavini Marat Kojayev bildirib.
“Bu gün yüzlərlə insan dindirilib, prosessual hərəkətlər edilib”- deyə Kojayev vurğulayıb.
O, baş verənlərin yeni təfərrüatları aydınlaşdıqca cinayət işlərinin sayının artdığını da qeyd edib.
Xatırladaq ki, fevralın 7-dən 8-nə keçən gecə Qazaxıstanın cənubundakı Jambıl vilayətində kütləvi dava baş verib. Bu, yoldakı münaqişə səbəbindən başlayıb, lakin təxribatçılar onu beynəlxalq səviyyəyə çatdırıblar. Onlarla insan öldürülüb, iğtişaşların 50-yə yaxın iştirakçısı saxlanılıb.
Kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.
COMMENTS