Bakı sakinindən narkotik götürüldü

Bakı sakinindən narkotik götürüldü

Bakı sakinində narkotik vasitə aşkarlanılıb.

Gununsesi.org “Report”a istinadən  xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü V.Həsənovdan 4 bükümdə 5,317 qram heroin, 1,336 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.org

COMMENTS