Dünya şöhrətli müğənni Britni Spirsin yeni görünüşü kameralara tuş gəlib.
Gununsesi.org bildirir ki, Oxu.Az-ın yaydığı xəbərə görə, bu barədə “Twitter”də bir izləyici paylaşım edib.
Los-Ancelesdə ağ şort və qırmızı qısa köynək geyinən mügənninin ayağında tibbi ayaqqabı olub.
Spirsin çəkisinin artdığı bəzi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Ötən ilin aprel ayında Spirs atasının bağırsaq problemləri ilə əlaqədar iki dəfə əməliyyat keçirməsindən sonra psixoloji müalicə alıb.
Onun kökəlməsinin isə qəbul etdiyi dərmanlarla əlaqəli olduğu izləyicilər tərəfindən qeyd edilib.
COMMENTS