Qazax sakinində qumbara və narkotik aşkarlanıb - FOTO

Qazax sakinində qumbara və narkotik aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan bir ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.