20:42
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunun start heyətləri müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya komandalar aşağıdakı tərkibdə çıxacaqlar:
“Qarabağ“: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
“Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
***
Matçın 4-cü dəqiqəsində “Qarabağ” Duranın qolu ilə hesabı açdı: 1-0.
***
Can Uzun görüşün 10-cu dəqiqəsində hesabda tarazlıq yaratdı: 1-1.
***
Matçın 78-ci dəqiqəsində “Ayntraxt” penalti zərbəsi ilə hesabda önə keçdi: 1-2.
***
Duran 79-cu dəqiqədə matçda yenidən tarazlıq yaratdı: 2-2.
***
“Qarabağ” 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin qolu ilə yekun nəticəni müəyyən etdi: 3-2.













