
Azərbaycanda səfərdə olan Türkiyənin müdafiə naziri Hulisi Akar Bakıda sürpriz xəbərlə üzləşib.
Gununsesi.info Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin binasında iki ölkənin qardaşlığını əks etdirən fotosərgiyə baxan Akara Qarabağda şəhid olan bir əsgərin cibindən tapılmış fotosu göstərilib.
Duyğulanan müdafiə naziri göz yaşını saxlaya bilməyib. Akarı duyğulandıran həmin fotoda onun bundan öncə Bakı səfərində əsgərlərlə birgə görüntüsü əks olunur.
Gununsesi.info