Vaqif Əsədovun müharibədən qayıdan oğlu: DÖZƏ BİLMƏDİM, EVƏ GƏLİB...

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu da müharibədən qayıdıb.

Gununsesi.info xəbər verir ki, könüllü olaraq döyüşlərə qatılan Pərviz Əsədov bildirib ki, müharibədən iki gün sonra döyüşə getmək qərarını verib:

Könüllü olaraq döyüşlərə qatılan Pərvin Əsədov:

“Artıq iki gün idi ki, döyüşlər başlamışdı, şəhid xəbərləri gəlirdi. Dözə bilmədim. İşdən çıxıb komissarlığa yollandım. Dedilər ki, saat 1-də avtobus çıxır. Tez evə qayıdıb paltarımı dəyişdim. Valideyinlərimə də xəbər etmədim. Atam dostlarım vasitəsilə xəbər tutub məni yola salmağa gəldi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə, ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan. Kəşfiyyat bölüyü olduğumuz üçün hər an ölümlə üz-üzə idik. üzərimdə Azərbaycan bayrağı və qumbara gəzdirirdim. Fikirləşirdim ki, əsir düşmə ehtimalım olsa, özümü və düşməni qumbara ilə partladıb şəhid olacağam”.

Gununsesi.info