Elmar Məmmədyarov ABŞ-dakı mülklərindən danışdı – MÜSAHİBƏ

  • By turana
  • 29 Dekabr 2020 21:48

 Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Azadlıq” radiosuna müsahibəsində Amerikadakı 4 milyon dollarlıq əmlakı haqda suala cavab verib.

 

Gununsesi.info söhbətin həmin hissəsini təqdim edir:

 – Siz vəzifədən azad olunmamışdan öncə oğullarınızın Nyu-Yorkda 4 milyonluq mənzil alması haqda iddialar yayıldı. O zaman nazirliyin mətbuat katibi bununla açıqlama vermədi ki, bu şəxsi məsələdir.Bu məsələyə indi özünüzün aydınlıq gətirməyinizi istəyirik.

 

– Mən də təkrar edirəm bu şəxsi məsələdir.

 

– Bir nazirin bu qiymətə mülk alması şəxsi məsələ sayıla bilməz axı…

 

– Necə yəni olmur, mənim şəxsi işimdir də. Siz bank deyilsiniz məndən tələb edəsiniz ki, haradan pul almışam, qazanmışam, necə almışam və s. Ona görə ən asan diplomatik cavab verirəm ki, bu, şəxsi məsələdir. Amma inandırım sizi, Amerika sistemində belədir ki, orda nədənsə şübhələnsəydilər bir sent, bir qəpik, bir manat belə götürməzdilər.

Turanə Tağızadə

Gununsesi.info