Qarabağ çayları ilə bağlı LAYİHƏ hazırlanır

İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

 Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Q.Təhməzli qeyd edib ki, layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtirlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.

Onun sözlərinə görə, İnstitut (AQTİ) tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir:

“Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub”.

Gununsesi.info