Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb -Video / Fotolar

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.

 

Gununsesi.info – ya bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı “2K11 Kruq” zenit-raket kompleksinin tərkibinə daxil olan “1С32” raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə “2П24” buraxıcı qurğusu və üzərində “3М8” idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.

Gununsesi.info