
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Baş Mil-Muğan kanalında qanunsuz balıq ovu ilə məşğul olan Saatlı rayon sakini E.Həsrətov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, həmin şəxsdən qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balıqları aşkar edilib.
Araşdırmalar aparılır.
Gununsesi.info