Ceyhun Bayramov Qırğızıstana səfər edəcək

  • By Mina
  • 08 Aprel 2024 15:13

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info