“Qalatasaray”-“Fənərbaxça” finalının təxirə salınmasına səbəb olan Atatürk köynəyi – FOTO

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Superkubok final matçında böhrana səbəb olan Atatürk köynəyi üzə çıxıb.

Gununsesi.info bildirir ki, Superkubok finalında oynayacaq “Qalatasaray” və “Fənərbaxça” futbolçularına üzərində Atatürkün rəsmi olan  köynəkləri geyinərək isinmə hərəkətlərinə icazə verilmədiyi üçün iki komanda oynamamaq qərarına gəlib. Digər tərəfdən, Səudiyyə Ərəbistanı rəhbərliyi matça gələn və üzərində Atatürkün portretləri olan köynək geyinən azarkeşləri stadiona buraxmayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında keçiriliməsi planlaşdırılan Superkubok finalı öncəsi böhran yaranıb.

Matçı təxirə salan Türkiyə komandaları İstanbula qayıdıblar.

Gununsesi.info