Qadın deputatın “Binəli Yıldırım infarkt keçirdi” iddiasına Səhiyyə Nazirindən cavab

  • By arzu
  • 09 İyul 2023 16:10

Türkiyənin AK Partiyasının deputatı Behiye Ekerin Binəli Yıldırımın ürək böhranı (infarkt) keçirməsi ilə bağlı status paylaşması bu ölkədə medianın gündəminə oturub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Yıldırımın angioqrafiya etdirdiyini yazan İstanbul millət vəkili Eker özünün “Tvitter” hesabında bu paylaşımı edib:

HTML tutorial

“Ürək böhranı keçirərək anqioqrafiya edilən başqan vəkilimiz cənab Binəli Yıldırım bəyəfəndiyə keçmiş olsun, diləklərimi çatdırır, rəbbimdən təcili şəfalar diləyirəm”.

Çox keçmədən Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bunun rutin sağlamlıq kontrolu olduğunu bildirib.

Koca Binəli Yıldırımın son sağlamlıq nəzarətinin dünən gerçəkləşdirildiyini bildirib.

“Cənab Yıldırımın rutin sağlamlıq kontrolları ən son dünən tamamlanıb. Heç bir sağlamlıq problemi yoxdur”.

Tərcümə: Arzu  

Gununsesi.info