Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretdən istifadə ilə bağlı qlobal hesabatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir. ÜST də məhz öz hesabatında ölkələrə çağırış edərək yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsinə nəzarətin artırılmasını tövsiyə edir. Bu narahatlıqlar nəzərə alınaraq Milli Məclisdə müzakirəyə çıxarılan layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan ediləcək. Bununla yanaşı, anlayışların dəqiq fərqləndirilməsi də nəzərdə tutulur. Beləliklə, qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Bəs, elektron siqaret və bütün qızdırıcları necə fərqlənir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan AQTA-nın əməkdaşı Günay quluzadə bildirib ki, elektron siqaretlər gəncləri 16 min fərqli dadlandırıcıdan ibarət olan elektron siqaretlərlə hədəfə alır.
“Təəssüf ki, onların zərərsiz olduğuna inanaraq hamilə qadınlar belə istifadə etməyə başlayıblar.”
Tütün qızdırıcılar tütün qızdırmaq üçün istifadə edilir – kiçik siqaretlər olur, onların içində tütün olur. Amma elektron siqaretlərin içində tütün olmur”.
Qanun layihəsi qəbul edilərsə, nəzarət və icra mexanizmləri də qüvvəyə minəcək.
Hüquqşünas Ramil süleymanov isə Gununsesi.info-ya açıqlamasında qeyd edib ki, nəzarət mexanizmləri gələcəkdə vətəndaşların hüquqlarına toxunacaqsa və yaxud qanunvericiliyin pozulması ilə hər hansı nəzarət mexanizmləri nəzərdə tutulacaqsa, vətəndaşlar bunu inzibati qaydada müqayisələndirməkılə onların dəyişdirilməsinə, ləğv olunmasına çalışa biləcəklər.
“Tütün məmulatlarını, həm də elektron siqaretlərin də o kategoriyada anlaşılması da vacibdir. Eyni zamanda qızdırılan tütün məmulatı ilə elektron siqaret anlayışlarının fərqləndirilməsi də nəzərdə tutulur”.
Qeyd edək ki, artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib.
Ayşən Rəhim













