Overçuk Ermənistana səfər edib

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistana səfər edib.

Gununsesi.info-nun Moskvabürosu xəbər verir ki, Overçuk Ermənistana həmkarı Mher Qriqoryanın dəvəti ilə İrəvana gedib.

Overçukun Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcəyi və ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını müzakirə edəcəyi bildirilib.

Gununsesi.info